“O, hətta “qızıl top”u almağa layiqdir” – Van Qal

Niderland millisinin baş məşqçisi Lui van Qal komandanın gənc futbolçusu Noah Lanq haqqında danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Lanqla Kevin de Bruyneni müqayisə edib:

“Kevin De Bruyne son mövsümdən sonra milli komanda oyunçuları arasında məni ən çox heyrətləndirəndir. O, hətta “qızıl top”u almağa layiqdir. Lakin müasir reallıqlarda bu, çətin ki, mümkün olsun. “Qızıl top” çox vaxt hücumçulara təqdim edilir. Bu baxımdan Noah Lanqın Kevin de Bruynedən daha çox mükafat qazanmaq şansı var”.

Niderland millisi bu gün UEFA Millətlər Liqasının ilk turu çərçivəsində saat 22:45-də Belçika yığması ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button