DÇ-2026: İngiltərə Meksikaya qalib gəldi, 1/4 finala çıxdı

Futbol üzrə dünya çempionatında İngiltərə Meksika millisinə qalib gələrək 1/4 final mərhələsinə yüksəlib.

Komanda.az xəbər verir ki, Mexiko stadionunda baş tutan 1/8 final mərhələsinin matçında Avropa təmsilçisi 3:2 hesablı qələbəyə sevinib.

İngiltərə yığmasında Çud Bellingem (36,38) və Harri Keyn (60-p.) fərqləniblər. Şimali Amerika təmsilçisinin heyətində isə Xulian Kinyones (42) və Raul Ximenez (69-p.) dəqiq zərbə müəllifi olublar.

İngiltərə millisinin növbəti mərhələdəki rəqibi Norveç olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button