DÇ-2022: “Topu ayağımızda saxlaya bilmirdik”

Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi Herve Renard DÇ-2022-nin qrup mərhələsinin üçüncü turunun Meksika ilə görüşünü dəyərləndirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Meksika yığması haqda da danışıb:

“Biz Meksikanın oyuna güclü başlayacağını bilirdik, çünki pley-offa vəsiqə qazanmaq üçün böyük top fərqi ilə qalib gəlməli idilər. Qapıçımıza təşəkkür edirəm. Onun çıxışını bəyəndim. Nəticə oyunun digər statistik göstəricilərini əks etdirmir”.

Renard qələbəyə layiq oyun sərgiləmədiklərini bildirib:

“Topu ayağımızda saxlaya bilmirdik. Bu, komandamızın problemidir. Buna baxmayaraq, futbolçularımı təbrik edirəm. Bu matçda qalib gəlməyə layiq deyildik. Bu səviyyədə olan komandanın pley-offa yüksəlməsi həmişə çətin olur”.

Səudiyyə Ərəbistanı millisi DÇ-2022-nin qrup mərhələsində 3 xal toplayaraq, mübarizəni erkən dayandırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button