Pepe – DÇ tarixinin 3-cüsü

Portuqaliya millisinin futbolçusu Pepe dünya çempionatları tarixində yeni uğura imza atıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, dünya çempionatları tarixinin ən yaşlı oyunçularının siyahısında üçüncü pilləyə yüksəlib. Futbolçu bunu 39 yaş 275 günündə bacarıb.

Pepe buna DÇ-2022-nin qrup mərhələsinin ikinci turunun Uruqvaya qarşı matçında (2:0) iştirak etməklə nail olub.

İlk sırada kamerunlu Roje Milla (42 yaş 39 gün), ikinci yerdə isə kanadalı Atiba Hatçinson (39 yaş, 292 gün) qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button