DÇ-2022: Azərbaycan – İrlandiya oyunu üçün 2 manat

DÇ-2022-nin seçmə məhələsi çərçivəsində oktyabrın 9-da, saat 20:00-da, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – İrlandiya oyununun biletləri bu gündən satışa çıxarılıb.

Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Koronavirus pandemiyası ilə əlaqədar qarşılaşmaya stadionun azarkeş tutumunun 50 faizi qədər azarkeş buraxılacaq.

Biletlərin qiymətləri kateqoriyalara uyğun olaraq 2, 5, 10 və 15 AZN-dir.

Azərbaycan millisi DÇ-2022-nin A qrupunda 1 xalla sonuncudur. Yığma yeganə xalını məhz İrlandiya ilə səfər matçında qazanıb – 1:1.