DÇ-2022: Braziliyanın heyəti və taktiki sxemi açıqlandı

DÇ-2022-nin H qrupunda bu gün keçiriləcək Braziliya – Serbiya matçı üçün birincilərin start heyəti məlum olub.

Komanda.az xəbər verir ki, yerli “Globo” nəşri maraqlı iddia ilə çıxış edib. Nəşrin yazdığına görə, “sambaçılar” 4-2-4 taktiki sxemi ilə mübarizə aparacaqlar.

Baş məşqçi Tite oyun saatına qədər hansısa zədələnmə olmasa, əsas heyəti aşağıdakı oyunçulardan qurmağı planlaşdırır:

Qapıçı: Alisson Bekker;

Müdafiəçilər: Danilo, Tiaqo Silva, Markinyos, Aleks Sandro;

Yarımmüdafiəçilər: Kazemiro, Lukas Paketa;

Hücumçular: Neymar, Riçarlison, Rafinya, Vinisius Junior.

Nəşrin iddiasına görə, bu taktiki sxemdə Neymar əsas “qol silahı” olacaq.

“Globo” Fredi ehtiyat oyunlar skamyasına “göndərib”. Halbuki, “Mançester Yunayted”ın üzvü Braziliya millisinin keçirdiyi son 15 matçda hamıdan çox – 9 dəfə əsas heyətdə yer alıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button