DÇ-2022: Fransadan yeni rekord

Fransa millisi dünya çempionatlarında yeni rekorda imza atıb.

Komanda.az “Opta”-ya istinadən xəbər verir ki, DÇ-2022-nin yarımfinalında Mərakeşi məğlub edən “xoruzlar” (2:0) son 7 yarışda 4-cü dəfə həlledici oyuna adını yazdıra bilib. Bu, istənilən ölkə yığmasının göstəricisindən 2 dəfə çoxdur.

Didye Deşamın “sükanı arxasında” olduğu kollektiv öncədən 1998, 2006 və 2018-ci il dünya çempionatlarının finalında oynamaq imkanı əldə edib. Fransızlar bunların ikisində (1998, 2018) dünya çempionu ola bilib.

Fransa millisi DÇ-2022-nin yarımfinalında Mərakeşi məğlub edərək (2:0), finala adını yazdıra bilib. Onların finaldakı rəqibi Argentina yığması olacaq. Matç dekabrın 18-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button