DÇ-2022-də 3 oyuna çıxdı – İngiltərə klubuna transfer olundu

Futbol üzrə Kanada millisinin üzvü İsmael Kone karyerasını İngiltərədə davam etdirəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Monreal”ın yarımmüdafiəçisi “Uotford”la anlaşıb.

20 yaşlı kanadalı futbolçu ilə 4,5 illik müqavilə imzalanıb. O, 2023-cü il yanvarın 1-dən İngiltərə klubunun formasını geyinəcək.

Kone cari mövsümdə klubunda 32 matç keçirib. Onun hesabında 4 qol və 5 ötürmə var.

Yarımmüdafiəçi Qətərdə təşkil olunan dünya çempionatında Kanada millisi ilə 3 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button