DÇ-2022: Argentina və Xorvatiya yarımfinalda!

Qətərdə təşkil olunan dünya çempionatında bu gün 1/4 final mərhələsinin oyunları start götürüb.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.

Günün ilk oyununda turnirin favoritlərindən sayılan Braziliya millisi Xorvatiyanı sınağa çəkib. Bu oyunun əsas və əlavə vaxtında qalib müəyyənləşməyib. Penalti seriyasında daha dəqiq olan xorvatlar sürpriz şəkildə Braziliya yığmasını mundialdan kənarda qoyublar.

1/4 finalın digər oyununda Niderlandla Argentina üz-üzə gəlib. 4 qolun qeydə alındığı qarşılaşmanın əsas vaxtında qalib müəyyənləşməyib. Penalti zərbələrini daha dəqiq yerinə yetirən Cənubi Amerika təmsilçisi yarımfinalda Xorvatiya ilə oynamaq hüququ qazanıb.

1/4 finalın digər iki oyunu dekabrın 10-da keçiriləcək. Portuqaliya Mərakeşlə, Fransa isə İngiltərə ilə qarşılaşacaq.

DÇ-2022, 1/4 final

9 dekabr

Xorvatiya – Braziliya 1:1 (penaltilər 4:2)
Qol: Bruno Petkoviç, 117 – Neymar, 105+1.
Baş hakim: Maykl Oliver (İngiltərə)
“Edyukeyşn Siti” stadionu

Xorvatiya: 1. Dominik Livakoviç, 4. İvan Perisiç, 6. Deyan Lovren, 8. Mateo Kovaçiç, 9. Andrey Kramariç, 10. Luka Modriç (k), 11. Marselo Brozoviç, 15. Mario Paşaliç, 19. Borna Sosa, 20. Yoşko Qvardiol, 22. Yosip Yuranoviç.
Braziliya: 1. Alisson Bekker, 2. Danilo, 3. Tyaqo Silva (k), 4. Markinyos, 5. Kazemiro, 7. Lukas Paketa, 9. Rişarlison, 10. Neymar, 11. Rafinya, 14. Eder Militao, 20. Vinisius Junior.

Niderland – Argentina 2:2 (penaltilər 3:4)
Qol: Vaut Veqhorst, 83; 90+11 – Nahuel Molina, 35. Lionel Messi, 73-pen.
Baş hakim: Migel Mateu Laos (İspaniya)
“Lusail” stadionu

Niderland: 23. Andris Noppert, 2. Yurryen Timber, 4. Vircil Van Deyk (k), 5. Natan Ake, 7. Stiven Berqveyn, 8. Kodi Qakpo, 10. Memfis Depay, 15. Marten De Roon, 17. Deyli Blind, 21. Frenki De Yonq, 22. Denzel Dumfris.
Argentina: 23. Emiliano Martines, 7. Rodriqo De Paul, 8. Markos Akunya, 9. Xulian Alvares, 10. Lionel Messi (k), 13. Kristian Romero, 19. Nikolas Otamendi, 20. Aleksis Makallister, 24. Entso Fernandes, 25. Lisandro Martines, 26. Nahuel Molina.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button