DÇ-2022: “İspaniyaya məğlubiyyətdən sonra özümüzə gələ bilmədik”

Kosta Rika yığmasının qapıçısı Keylor Navas DÇ-2022-nin qrup mərhələsinin üçüncü turunun Almaniya ilə oyunu (2:4) barədə fikir bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ilk matçda olan məğlubiyyət haqda danışıb:

“İlk oyunda (İspaniyaya qarşı) məğlubiyyətdən sonra özümüzə gələ bilmədik. Məqsədə çata bilmədiyimiz üçün məyusuq. Kosta rikalıların xarakterini Almaniya ilə matçda göstərdik. Növbəti mərhələyə keçmək üçün bir neçə dəqiqəmiz çatmadı”.

Navas Kosta Rika millisinin inkişafı üçün lazım olan məqama da toxunub:

“Biz göstərdiyimiz səylərlə fəxr edə bilərik. Həm də, ona görə fəxr edirik ki, Kosta Rika ardıcıl üçüncü dünya çempionatında mübarizə apardı. Ölkə futbolunun inkişafı üçün bizə belə matçlar lazımdır”.

E qrupuna Yaponiya 6 xalla başçılıq edir. İspaniya ikinci (4 xal), Almaniya üçüncü (4 xal), Kosta Rika isə sonuncu pillədə (3 xal) qərarlaşıb. İspanlara top fərqinə görə uduzan Almaniya növbəti mərhələyə vəsiqə qazana bilməyib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button