David Silvada koronavirus aşkarlandı

İspaniyanın “Real Sosyedad” klubu yeni transferi David Silvanı ictimaiyyətə təqdim edib.

Komanda.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

“Mançester Siti”dən ayrılan və azad agent kimi “Real Sosyedad”la 2 illik müqavilə imzalayan hücumçu, yeni komandasında 21 nömrəli formanı geyinəcək.

Maraqlıdır ki, “Real Sosyedad” yeni transferinin təqdimat günündə onun koronavirusa yoluxduğunu da açıqlayıb. 34 yaşlı futbolçu dərhal karantinə alınıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button