“Günahsız olduğum sübuta yetiriləcək” – Təcavüzdə ittiham olunan futbolçu

Braziliya millisinin və “Barselona”nın sabiq futbolçusu Dani Alveş ona qarşı irəli sürülən zorlama ittihamı haqda danışıb.

Komanda.az “Itatiaia”-ya istinadən xəbər verir ki, o, baş verənlərin qarşılıqlı razılıq əsasında olduğunu söyləyib:

“Nəyin necə baş verdiyini yalnız iki nəfər bilir. Mən həqiqəti deyirəm. Günahsız olduğum sübuta yetiriləcək. Cərəyan edən hadisələr qarşılıqlı razılıq əsasında olub. Kimisə cinsi münasibətə razı salmaq heç vaxt ağlıma gəlməzdi”.

Dani Alveş yanvarın 20-də cinsi təcavüzdə ittiham olunduğu üçün saxlanılıb. Onu 4 ildən 12 ilə qədər həbs gözləyir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button