KONKAKAF-da çempion məlum oldu

KONKAKAF Çempionlar Liqasında 2018/19 mövsümünün qalibi məlum olub.

Komanda.az xəbər verir ki, ilk oyunda “Tiqres”i 1:0 hesabıyla məğlub edən “Monterrey” cavab matçında rəqibiylə 1:1 hesabıyla bərabərə qalıb. Meksika təmsilçilərinin üz-üzə gəldiyi KONKAKAF finalında iki oyunun nəticəsinə görə rəqibini 2:1 hesabı ilə üstələyən “Monterrey”, 4-cü dəfə çempionluq titulunu qazanıb. “Monterrey” bundan əvvəl 2011, 2012 və 2014-cü illərdə çempion olmuşdu.

KONKAKAF-ın qalibi olan “Monterrey”, 2019-FİFA Klublararası dünya çempionatında iştirak etmək hüququ qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button