ÇL: “Qvardiola dahi məşqçidir”

“Mançester Siti”nin yarımmüdafiəçisi Cek Qriliş Çempionlar Liqasının yarımfinalının “Real”la keçirilən matçından sonra (4:0) danışıb.

Komanda.az “BT Sport”-a istinadən xəbər verir ki, o, Pep Qvardiolanı dahi məşqçi adlandırıb:

“Hər oyunda bir nömrəli komanda kimi çıxış etmək istəyirik. Qvardiola dahi məşqçidir. O, “İnter”i necə məğlub edəcəyimizi dəqiq bilir. Çətin oyun olacaq. Finala heç vaxt zəif komandalar çıxmır. Gücümüzü göstərməliyik”.

Premyer Liqa təmsilçisi “kral klubu”nu iki oyunun nəticəsinə əsasən məğlub edib. Onlar finalda İtaliya “İnter”i ilə qarşılaşacaq.

Çempionlar Liqasının final matçı iyunun 10-da, İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button