
ÇL: “PSJ-yə təzyiq göstərəcəyik”
“Çelsi”nin baş məşqçisi Liam Rosenyor UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin PSJ ilə cavab matçından əvvəl oyun fəlsəfəsindən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli çalışdırıcı, PSJ-yə təzyiq göstərəcəklərini bildirib:
“Fikrim həmişə üstünlük qazanmaqdır. Hər oyunda qorxmaz bir komanda olmalıyıq, rəqib kim olursa olsun. PSJ-yə təzyiq göstərəcəyik və mümkün qədər çox qol vurmaq üçün oynayacağıq”.
“Çelsi” Parisdə keçirilən ilk oyunda 2:5 hesabı ilə məğlub olub. Cavab matçı martın 17-də, saat 00:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



