ÇL: PSJ darmadağın oldu, MS qalib gəldi

Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turuna yekun vurulub.

Komanda.az xəbər verir ki, bu gün daha 8 görüş baş tutub.

Madrid “Atletiko”su “Feyenoord”u, “Seltik” “Latsio”nu qəbul edub. “Atletiko” səfərdə, “Latsio” evdə əzmkar qələbəyə sevinib.

Dortmund “Borussiya”sı ilə “Milan”ın görüşü qolsuz birib. Qrupun digər matçında “Nyukasl” PSJ-ni böyük hesabla məğlub edib.

“Leypsiq” ÇL-in son qalibi “Mançester Siti”yə evdə uduzubsa, qrupun digər oyununda qalib müəyyənləşməyib. “Barselona” da səfərdə “Antverpen” üzərində qələbəyə sevinib.

UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 2-ci tur

4 oktyabr

E qrupu

“Atletiko” (Madrid, İspaniya) – “Feyenoord” (Niderland) 3:2
Qollar: Morata, 12; 47. Qrizmann, 45+4 – Ermoso, 7-öz qapısına. Hansko, 34.

“Seltik” (Şotlandiya) – “Latsio” (İtaliya) 1:2
Qollar: Furuhaşi, 12 – Vesino, 29. Pedro, 90+5.

Xal: Atletiko – 4. Latsio – 4. Feyenoord – 3. Seltik – 0.

F qrupu

“Nyukasl” (İngiltərə) – PSJ (Fransa) 4:1
Qollar: Almiron, 17. Börn, 39. Lonqstaff, 50. Şer, 90+1 – L.Hernandes, 56.

“Borussiya” (Dortmund, Almaniya) – “Milan” (İtaliya) 0:0

Xal: Nyukasl – 4. PSJ – 3. Milan – 2. Borussiya – 1.

G qrupu

“Leypsiq” (Almaniya) – “Mançester Siti” (İngiltərə) 1:3
Qollar: Openda, 48 – Foden, 25. X.Alvares, 84. Doku, 90+2.

“Srvena Zvezda” (Serbiya) – “Yanq Boyz” (İsveçrə) 2:2
Qollar: Ndiaye, 35. Bukari, 88 – Uqriniç, 48. İtten, 61-pen.

Xal: Mançester Siti – 6. Leypsiq – 3. Yanq Boyz – 1. Srvena Zvezda – 1.

H qrupu

“Antverpen” (Belçika) – “Şaxtyor” (Donetsk, Ukrayna) 2:3
Qollar: Muya, 3. Balikvişa, 33 – Sikan, 48; 76. Rakitski, 71.

“Porto” (Portuqaliya) – “Barselona” (İspaniya) 0:1
Qol: F.Torres, 45+1.

Xal: Barselona – 6. Portu – 3. Şaxtyor – 3. Antverpen – 0.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button