ÇL: “İnter” finala çıxmağa layiq idi” – Çalhanoğlu

“İnter”in futbolçusu Hakan Çalhanoğlu Çempionlar Liqasının yarımfinalının “Milan”la keçirilən cavab qarşılaşmasını (1:0) şərh edib.

Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, türkiyəli oyunçu, “neradzurra”nın finala çıxmağa layiq olduğunu söyləyib:

“Bu, inanılmazdır! Öz ölkəmə, İstanbul şəhərinə Çempionlar Liqasının final matçı üçün yollanmaq möhtəşəmdir. “İnter” finala çıxmağa layiq idi. Çox xoşbəxtəm.

Bu mövsüm təşkil edilən Çempionlar Liqası turnirini inanılmaz keçirdik. Final bir oyundan ibarət olacaq. Həmin matçda hər şey ola bilər.

Biz komandada dostdan çox, ailə kimiyik. Birlikdə çox vaxt keçiririk”.

İki oyunun nəticəsinə əsasən, “İnter” “Milan” üzərində 3:0 hesablı qələbə qazanıb və adını finala yazdırıb.

Onların həlledici qarşılaşmadakı rəqibi bu gün, saat 23:00-da keçiriləcək “Mançester Siti” – “Real” (ilk görüş – 1:1) oyunundan sonra məlum olacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button