ÇL: “İdeal formamızdan uzaq idik”

“Milan”ın kapitanı David Kalabriya UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin “İnter”lə görüşü haqda (0:2) danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, rəqibin əla performans sərgilədiyini diqqətə çatdırıb:

“İdeal formamızdan uzaq idik. Rəqib əla oyun sərgilədi. Bu, ilk matçın taleyini həll etdi. Gəlin, oyunu təhlil edək. Onlar güclüdürlər, amma biz də matçlara bu cür yanaşmamalıyıq. Cavab oyununda bütün gücümüzü səfərbər etməliyik”.

“İnter” – “Milan” cütünün cavab qarşılaşması mayın 16-da, saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button