ÇL: “Bu, tamamilə haqq edilmiş qələbədir”

“Bayern” dünən UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab matçında evdə son dəqiqələrdə vurduğu iki qolla “Real” üzərində 4:3 hesablı qələbə qazandı. Münhen təmsilçisi iki oyunun nəticəsinə əsasən ümumi hesabda 6:4 üstün olaraq yarımfinala yüksəldi.

Komanda.az DAZN-a istinadən xəbər verir ki, matçdan sonra “Bayern”in baş məşqçisi Vensan Kompani qarşılaşmanı belə dəyərləndirib:

“Çox emosional oyun oldu. Topa daha çox sahib idik və daim qol vura biləcəyimizi hiss edirdik. Amma “Real” “Real”dır. Onların istənilən anda cəzalandıra biləcək çox sürətli futbolçuları var. Bu gün komandamız psixoloji dayanıqlıq nümayiş etdirdi, çətin anlara düzgün reaksiya verdi. Azarkeşlərin dəstəyi də böyük rol oynadı. Sakitliyimizi qoruduq və vaxtımızın gələcəyinə inanırdıq. Bu, tamamilə haqq edilmiş qələbədir”.

“Bayern” turnirin yarımfinal mərhələsində PSJ ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button