ÇL: “Bu, asan oyun olmayacaq”

“Bayern”in vingeri Serj Qnabri “Arsenal”la Çempionlar Liqasının 1/4 final matçları ilə bağlı gözləntilərini bölüşüb.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, almaniyalı futbolçu “Arsenal”ın oyunçularının topla yaxşı davrandıqlarını bildirib:

“Premyer Liqa titulu uğrunda mübarizə aparan komanda haqqında az mənfi fikirlər var. Topla yaxşı davranırlar. Bu, asan oyun olmayacaq. İki güclü komanda üz-üzə gələcək”.

“Arsenal” – “Bayern” oyunu aprelin 9-da Londonda keçiriləcək. Cavab matçı isə aprelin 17-də Münhendə olacaq.

28 yaşlı Qnabri bu mövsüm 16 oyun keçirib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button