“Mançester Yunayted” “Slaviya”nın hücumçusu ilə maraqlanır

Çexiyanın “Slaviya” klubunun futbolçusu Abdalla Sima karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az xəbər verir ki, 19 yaşlı hücumçu ilə “Mançester Yunayted” klubu yaxından maraqlanır. Bu barədə “Manchester Evening News” nəşri məlumat yayıb. Xəbərdə, “qırmızı şeytanlar”ın yayda Simanı heyətinə qatmağa çalışacağı bildirilib.

Bu mövsüm “Slaviya” ilə 35 matçda 19 qol vuran hücumçunun “transfermarkt”da dəyəri 11 milyon avrodur. Seneqal yığmasına da dəvət alan Simanın klubu ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir.