Çempionluq şanşı bitdi

Kriştiano Ronaldo “Mançester Yunayted”lə cari mövsümdə heç bir titul qazana bilməyəcək.

Komanda.az xəbər verir ki, “qırmızı şeytanlar” İngiltərə Premyer Liqasının 32-ci turunda səfərdə “Everton”a 0:1 hesabı ilə uduzub. Bu məğlubiyyətdən sonra “Mançester Yunayted”in çempionluq şansı qalmayıb.

Hazırda 51 xalla 7-ci pillədə qərarlaşan MY sona 7 tur qalmış lider “Mançester Siti”dən 22 xal geridədir.

Kriştiano Ronaldo klub səviyyəsində ilk titulunu 2006-cı ildə “Mançester Yunayted”in heyətində İngiltərə Liqa kubokunu qazanmaqla əldə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button