Hazardın qayıdacağı vaxt bilindi

Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunun PSJ ilə matçında (2:2) zədələnən “Real”ın futbolçusu Eden Hazardın sağalacağı vaxt bilinib.

Komanda.az xəbər verir ki, belçikalı yarımmüdafiəçi 2020-ci ilin fevralında yaşıl meydanlara qayıdacaq. Bu barədə “Marca” nəşri məlumat yayıb.

Hazard zədə səbəbindən İspaniya superkubokunun “Valensiya” ilə matçında iştirak edə bilməyəcək.

28 yaşlı futbolçu bu mövsüm “Real”la 8 oyuna çıxıb və 1 qol vurub.

“Real” – “Valensiya” görüşü yanvarın 8-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button