
“Çelsi” üçün uğurlu mövsüm Çempionlar Liqasına düşmək deməkdir”
“Çelsi”nin baş məşqçisi Liam Rosenyor cari mövsüm üçün uğurun meyarını açıqlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə təmsilçisinin çalışdırıcısı komanda üçün əsas hədəfin UEFA Çempionlar Liqasına vəsiqə qazanmaq olduğunu bildirib:
“Klub üçün uğurlu mövsüm Çempionlar Liqasına düşmək deməkdir. Bu, sadəcə vacib deyil, zəruridir. Klubumuzun səviyyəsi budur. Hazırkı mövqeyimizi nəzərə alsaq, məqsədə çatmaq üçün çox yaxşı şanslarımız qalır”.
İngiltərəli mütəxəssis əlavə edib ki, hansısa bir titul qazanmaq da əla nəticə olardı və bunu real hesab edir. O, maraqlı detalı da bölüşüb:
“Bu həftə ilk dəfə ağ toplarla (mövsümün həlledici mərhələsinin başladığını bildirən simvolik məna) məşq etdik. Adətən bu, mövsümün həlledici mərhələsinə daxil olduğumuzu göstərir. Ağ toplar ortaya çıxanda əvvəlki səhvləri təkrarlamaq olmaz, çünki vaxt azalır. Məşqçilər heyəti olaraq bunu futbolçulara çatdırdıq”.
“Çelsi” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 6-cı pillədə qərarlaşıb. London komandası ilk dördlüyə düşmək uğrunda mübarizəni davam etdirir.
Bizi Facebook-da izləyin



