Çempionlar Liqası: “Araz-Naxçıvan”ın oyununa təyinatlar açıqlandı

Futzal üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində “Araz-Naxçıvan”ın “Benfika” (Portuqaliya) ilə cavab matçına təyinatlar açıqlanıb.

Komanda.az xəbər verir ki, matçı serbiyalı hakimlər Petar Radoyçiç, Nikola Rabrenoviç və Yasmina Mikoska idarə edəcək. Görüşün timekeeperi Srdjan Mihayloviç (Serbiya), hakim-inspektoru Sven Eyxler (Almaniya), UEFA nümayəndəsi isə Tai Regel Pundik (Danimarka) olacaq.

Oyun dekabrın 5-də, Lissabondakı “Pavilhao Fidelidade”də, saat 21:30-da start götürəcək.

Bu komandalar arasında Bakıda keçirilmiş matçda Portuqaliya təmsilçisi 9:0 hesablı qələbə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button