Çempionlar Liqası: BATE və “Şerif”dən uğursuz start

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma baş tutub. “Qəbələ”nin sabiq baş məşqçisi Roman Qriqorçukun çalışdırdığı “Astana” doğma azarkeşləri qarşısında “ÇFR Kluj”u qəbul edib və qələbə qazanıb.

Azərbaycanın turnirdə yeganə təmsilçisi “Qarabağ” isə mübarizəyə bu gün başlayıb. “Köhlən atlar” Albaniyanın “Partizani” klubu ilə qarşılaşıb. Bu görüşdə qapılara qol vurulmayıb. “Qarabağ” 1-ci mərhələni keçsə, 2-ci təsnifat mərhələsində “Dandalk” (İrlandiya) – “Riqa” (Latviya) cütünün qalibi ilə üz-üzə gələcək.

Belarus çempionu BATE bu gün Polşa “Pyast”ını, Moldova “Şerif”i isə Gürcüstanın “Saburtalo” klubunu qəbul edb. BATE heç-heçəyə razılaşıbsa, “Şerif” darmadağına üzülüb.

UEFA Çempionlar Liqası, 1-ci təsnifat mərhələsi, ilk oyunlar

9 iyul

Astana (Qazaxıstan) – ÇFR Kluj (Rumıniya) 1:0
Qol
: Postnikov, 68.

Ararat (Ermənistan) – AİK (İsveç) 2:1
Qol
: Avetisyan, 3-pen; 45 – Obasi, 39.

HİK (Finlandiya) – HB Torshavn (Farer adaları) 3:0
Qol
: Lappalaynen, 21; 66. O’Şonessi, 42.

Nomme Kalyu (Estoniya) – Şkendiya (Makedoniya) 0:1
Qol
: İbrahimi, 81-pen.

Sarayevo (Bosniya və Herseqovina) – Seltik (Şotlandiya) 1:3
Qol
: Oremus, 29 – Conston, 35. Eduard, 51. Sinkleyr, 85.

Valetta (Malta) – Düdelanj (Lüksemburq) 2:2
Qol
: Bettayeb, 26. Stolz, 45 – Pekker, 64. Borq, 70.

Suduva (Litva) – Srvena Zvezda (Serbiya) 0:0

TNS (Uels) – Feronikeli (Kosovo) 2:2
Qol: Draper, 49-pen. Edvards, 77 – Zeka, 89. Fazliu, 90-pen.

10 iyul

Partizani (Albaniya) – Qarabağ (Azərbaycan) 0:0

BATE (Belarus) – Pyast (Polşa) 1:1
Qol
: Draqun, 64 – Pajişek, 36.

Şerif (Moldova) – Saburtalo (Gürcüstan) 0:3
Qol
: Roloviç, 30. Koxeridze, 67. Kakubava, 71.

Ferentsvaroş (Macarstan) – Ludoqorets (Bolqarıstan) 2:1
Qol
: Nquen, 6. Prişkin, 65 – Şverçok, 31.

Slovan (Slovakiya) – Sutyeska (Monteneqro) 1:1
Qol
: Sporar, 82 – Koyaseviç, 90.

Dandalk (İrlandiya) – Riqa (Latviya) 0:0

Linfild (Şimali İrlandiya) – Rusenborq (Norveç) 0:2
Qol
: Yensen, 22. Soderlund, 69.

Valyur (İslandiya) – Maribor (Sloveniya) 0:3
Qol
: Perişiç, 42. Hotiç, 60. Kronaveter, 86-pen.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button