“Çelsi”nin futbolçusu “Mançester Siti”yə keçir

“Çelsi”nin yarımmüdafiəçisi Mateo Kovaçiç bu yay klubunu dəyişə bilər.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Kovaçiç “Mançester Siti”yə keçməyə yaxındır.

29 yaşlı xorvatiyalı yarımmüdafiəçi “şəhərlilər”lə müqavilənin şərtlərini praktiki olaraq razılaşdırıb.

Kovaçiç bu mövsüm “Çelsi”nin heyətində bütün turnirlərdə 37 oyuna çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun londonlularla müqaviləsi 2024-cü ilin yayında başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button