“Liverpul” səfərdə xal itirdi

Futbol üzrə İngiltərə Premyer Liqasında 25-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun əksər oyunları ilk oyun gününə təsadüf edib.

“Çelsi” bu turda “Haddersfild”i, “Tottenhem” isə “Nyukasl”ı qəbul edib. Hər iki London klubu doğma meydanda qələbəyə sevinib.

Turun mərkəzi görüşü Mançesterdə keçirilib. “Mançester Siti” öz meydanında “Arsenal”ı sınağa çəkib. Dörd qolun qeydə alındığı matç meydan sahiblərinin inamlı qələbəsiylə başa çatıb. Səfərdə “Lester”lə qarşılaşan “Mançester Yunayted” isə minimal hesabla üstün olub.

Turnir cədvəlinin lideri “Liverpul” səfərdə “Vest Hem”lə qarşılaşıb. “Qırmızılar” bu görüşdən xal itkisi ilə ayrılıblar.

İngiltərə Premyer Liqası, 25-ci tur

2 fevral

Tottenhem – Nyukasl 1:0
Qol: S.H.Min, 83.

Brayton – Uotford 0:0

Bernli – Sauthempton 1:1
Qol: Barnes, 90-pen – Redmond, 55.

Çelsi – Haddersfild 5:0
Qol: İquayn, 16; 69. Hazard, 45-pen; 66. D.Luis, 86.

Kristal Pelas – Fulhem 2:0
Qol: Milivoyeviç, 25-pen. Şklupp, 87.

Everton – Vulverhempton 1:3
Qol: A.Qomes, 27 – Neves, 7-pen. R.Ximenes, 45. Dendonker, 66.

Kardiff Siti – Bornmut 2:0
Qol: Reyd, 5; 46.

3 fevral

Lester – Mançester Yunayted 0:1
Qol: Reşford, 9.

Mançester Siti – Arsenal 3:1
Qol: Aquero, 1; 44; 61 – Kosielnı, 11.

4 fevral

Vest Hem – Liverpul 1:1
Qol: M.Antonio, 28 – Mane, 22.

Bombardir: Məhəmməd Salah (Liverpul) – 16 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button