“Çelsi”dən “Real”a yaşıl işıq: 120 milyona sənindir

“Çelsi” “Real”ın yaxından maraqlandığı futbolçusu Eden Hazardın transfer dəyərini müəyyənləşdirib.

Komanda.az xəbər verir ki, “zadəganlar” belçikalı futbolçu üçün 120 milyon avro tələb edirlər. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. “Çelsi”nin Hazardın da ayrılmaq istəyəcəyi halda, “Real” tərəfindən gələcək 120 milyon avroluq təklifi qəbul edəcəyi bildirilir.

Hazard bir müddət əvvəl İngiltərə mətbuatına açıqlamasında, “Real”da forma geyinmək istədiyini demişdi.

28 yaşlı futbolçunun “Çelsi”ylə 2020-ci ilə qədər müqaviləsi var.