“Çelsi” icarədə olan futbolçusunu geri çağırdı

“Çelsi” icarə əsasında Braziliyanın “Flamenqo” klubunda çıxış edən futbolçusu Kenedini geri çağırıb.

Komanda.az xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Kenedi ötən ilin avqustundan “Flamenqo”ya 1 illik icarəyə verilmişdi.

Braziliyalı yarımmüdafiəçi bu mövsüm “Flamenqo”da 17 oyuna çıxıb.