“Çelsi” ona yeni müqavilə təklif edəcək: 5,8 milyon+10 nömrə

“Çelsi” futbolçusu Kallum Hadson-Odoinin müqaviləsinin müddətini artırmağa hazırlaşır.

Komanda.az xəbər verir ki, “zadəganlar” ingilis yarımmüdafiəçiyə 5 illik sözləşmə təklif edəcək. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Kallum “Çelsi” ilə yeni müqavilə imzalayacağı təqdirdə, illik 5,8 milyon avro məvacib qazanacaq. Eden Hazardın klubdan ayrılacağı təqdirdə isə 10 nömrəli forma Kalluma veriləcək.

“Çelsi”nin yetirməsi olan 18 yaşlı cinah yarımmüdafiəçisinin hazırkı müqaviləsi 2020-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button