“Çelsi”dən İsraili dəstəkləyən açıqlama

“Çelsi” İsrail və Fələstin arasındakı münaqişə ilə bağlı rəsmi açıqlama yayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə klubu ötən həftə sonu İsrailə edilən hücumların səbəb olduğu böyük insan itkisinə görə son dərəcə kədərli olduqlarını açıqlayıb:

“Biz uzun müddətdir qarşı çıxdığımız antisemitizm dalğası qarşısında həm Londonda, həm də bütün dünyada yəhudi icmasının yanındayıq”.

Daha əvvəl Premyer Liqanın 9-cu turunun bütün oyunlarında İsrail və Fələstində həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad ediləcəyi, futbolçuların, məşqçilərin və rəsmilərin qollarına qara sarğı taxacağı açıqlanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button