“Çelsi” “Everton”a qarşı heyrətamiz oynadı, lakin…” – Keçmiş futbolçu

“Liverpul”un sabiq müdafiəçisi Cimi Karrager “Çelsi”nin “Everton”la oyundakı çıxışını şərh edib.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, ingiltərəli keçmiş futbolçu, matçda pokerə imza atan və “Çelsi”nin 6:0 hesablı qələbə qazanmasına kömək edən yarımmüdafiəçi Koul Palmeri tərifləyib:

“Çelsi” “Everton”a qarşı heyrətamiz oynadı, lakin Palmer bütün mövsümü belə oynayır. Qalan futbolçular “Everton”la oyunda bu səviyyəyə yaxınlaşa bildilər”.

Palmer İngiltərə Premyer Liqasının bu mövsümündə 20 qol vurub və 9 məhsuldar ötürmə edib. O, “Mançester Siti”nin hücumçusu Erlinq Halandla bombardirlər cədvəlində birinci yeri bölüşür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button