“Çelsi” butulka hadisəsini araşdırır

“Çelsi” İngiltərə Premyer Liqasının 18-ci turunda qarşılaşdığı “Aston Villa”nın ehtiyat oyunçular oturacağına atılan butulka hadisəsini araşdırır.

London təmsilçisinin stadionunda keçirilən oyunda qonaqlar 2:1 hesabı ilə qalib gəlib. Matç bitəndən sonra qələbəni qeyd edən qarşı tərəfin ehtiyat oyunçular oturacağına doğru plastik butulkalar atılıb və orada olan personalın, həmçinin, oyunçuların üzərinə suya bənzər maye sıçrayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Aston Villa”nın nümayəndələrindən biri butulkanın ehtimal ki, “Çelsi” tərəfdəki sektordan atıldığını bildirib. Həmin sektorda həm azarkeşlər, həm də klub personalı olub.

“Çelsi” araşdırmaya başlayıb, amma hələlik hadisənin təqsirkarı müəyyən edilməyib. Həmçinin, matçın hakimi Stüart Ettuell və köməkçilərinin bu epizodu görüb-görmədiyi, rəsmi hesabatda yer alıb-almayacağı dəqiqləşməyib.

“Çelsi” UEFA Çempionlar Liqasının 4-cü turunda Bakıda “Qarabağ”la qarşılaşıb – 2:2.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button