“Çelsi” “sükan”ı 38 yaşlı məşqçiyə tapşıra bilər

Maurisio Poçettino ilə yollarını ayıran “Çelsi” yeni baş məşqçi axtarır. 

Komanda.az BBC-yə istinadən xəbər verir ki, London klubu “İpsviç”i rəhbərliyi altında Premyer Liqaya qaytaran 38 yaşlı ingilis mütəxəssis Kieran Makkenna ilə maraqlanır. 

Roberto de Zerbi, Enzo Mareska və Tomas Frank hazırda “Çelsi”nin baş məşqçi postuna əsas namizədlərdən hesab olunur.

Əvvəllər “Çelsi”nin komandaya İngiltərə futbolunda təcrübəsi olan məşqçi gətirməyə üstünlük verdiyi barədə məlumatlar yayılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button