“Traktor”da prezidentin istefası – “Nəticələrə təsir edirlər”

Cənubi Azərbaycanın “Traktor” klubunun prezidenti Qulamrıza Sadiqian istefa verib.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Sadiqian bəzi futboldankənar insanların “Traktor”un uğurlarını istəmədiklərini bildirib və oyunların nəticələrinə təsir göstərdiklərini deyib:

“Meydandankənar bəzi insanlar “Traktor”un uğur qazanmasını istəmirlər. Komandanın önünü kəsib, nəticələrə təsir edirlər”.

“Traktor”da bir müddət əvvəl baş məşqçi Mustafa Dənizli də istefa vermişdi.

“Traktor” hazırda 18 xalla 16 kollektiv arasında 9-cu yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button