Buskets liderliyi ələ keçirdi

“Barselona” İspaniya kubokunun yarımfinal mərhələsinin ilk qarşılaşmasında “Real”ı məğlub edib (1:0).

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu matç Kataloniya təmsilçisinin futbolçusu Serxio Buskets üçün əlamətdar olub. Bununla da, o, “el-klasiko”lar tarixində 22-ci qələbəsini rəsmiləşdirib.

Nəticədə, Buskets “Real”ın keçmiş futbolçusu Pako Xentonu qabaqlayaraq (21 qələbə), yeni rekorda imza atıb. İlk üçlüyü “Barsa”nın keçmiş futbolçuları Lionel Messi və Jerar Pike tamamlayır (19 qələbə).

“Barselona” – “Real” cütünün cavab qarşılaşması aprelin 5-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button