“Bunun üçün səbrli olmalıyıq” – Arteta

İngiltərə Federasiya kubokunun yarımfinal mərhələsi çərçivəsində “Mançester Siti”yə 2:0 hesabı ilə qalib gələn “Arsenal”ın baş məşqçisi Mikel Arteta açıqlama verib.

Komanda.az xəbər verir ki, mütəxəssis, “şəhərlilər”in üzərindəki qələbə ilə bağlı bunları deyib:

“4-5 gündə etdiklərimizdən xoşbəxtik. Avropanın ən yaxşı komandasını məğlub etmək asan deyil. Futbolçular çox xoşbəxtdir, böyük komandaya qarşı oyunda vacib vəzifəmiz vardı və bunun öhdəsindən gəldik. Buna görə də, qürur duyurlar. Azarkeşlərimiz üçün darıxırıq, bu günü onlarla birlikdə keçirmək istəyirdik.

Yay transfer planları ilə bağlı söhbətimiz olub, bəzi qeyri-müəyyənliklər var. Mövsümü necə bitirəcəyimiz, kubokun finalında qalib gəlib-gəlməyəcəyimizdən çox şey asılıdır. Qalib gəlsək, maliyyə baxımından güclənəcəyik. Bunun üçün səbrli olmalıyıq.”

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button