Bundesliqa klubunda baş məşqçi istefası

“Maynts” klubu Yan Zivertin komandanın baş məşqçisi vəzifəsindən göndərildiyini açıqlayıb.

Komanda.az xəbər verir ki, klub qərarını səfərdə “Ştutqart”a 1:3 hesabı ilə uduzduqdan sonra verib.

Zivert noyabr ayında əsas komandaya keçmişdi – o, buna qədər “Maynts”ın gənclər komandası ilə çalışıb.

Onun Bundesliqa təmsilçisinin “sükanı arxasında” keçirilən 12 qarşılaşmada nəticəsi belə olub: 1 qələbə, 6 heç-heçə və 5 məğlubiyyət.

Hazırda “Maynts” Almaniya çempionatının turnir cədvəlində sondan əvvəlki, 17-ci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button