Belçika millisinin üzvü “Volfsburq”da

Almaniyanın “Volfsburq” klubu heyətinə yeni futbolçu cəlb edib.

Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Köln”ün müdafiəçisi Sebastyan Bornaunu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

22 yaşlı belçikalı futbolçu ilə 5 illik müqavilə imzalanıb. O, yeni komandasında “3” nömrəli formanı geyinəcək.

Bornau 2019-cu ildən “Köln”də çıxış edirdi. O, daha öncə “Anderlext”də də forma geyinib. Gənc futbolçu artıq Belçikanın əsas yığmasında da iki oyun keçirib.