ÇL: “Heç də asan olmadı” – Çalhanoğlu

“İnter”in futbolçusu Hakan Çalhanoğlu UEFA Çempionlar Liqasının 1/8 finalının “Portu” ilə cavab qarşılaşmasını (0:0) dəyərləndirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, növbəti mərhələyə vəsiqə qazandıqları üçün komanda yoldaşlarını təbrik edib:

“Hazırda emosiyalarım yüksək səviyyədədir. Uzun müddətdən sonra 1/4 finala vəsiqə qazandıq. Bu uğura görə özümüzlə fəxr edirik. Bacarmaq heç də asan olmadı. Səhvlərimiz də oldu. Komanda yoldaşlarımı yaxşı iş gördükləri üçün təbrik edirəm”.

İki oyunun nəticəsinə əsasən, Milan təmsilçisi Portuqaliya klubunu 1:0 hesabı ilə məğlub edib və növbəti mərhələyə çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button