“Bu turnirdə qalib gəlmək üçün səkkiz il vaxt sərf etdik” – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola UEFA Çempionlar Liqasının finalının “İnter”lə oyunu (1:0) barədə danışıb.

Komanda.az “Football.London”-a istinadən xəbər verir ki, o, bu turnirdə qalib olmaq üçün səkkiz il vaxt sərf etdiklərini bildirib:

“Bu turnirdə qalib gəlmək üçün səkkiz il vaxt sərf etdik. “İnter”in hücumçusu Romelu Lukaku üç metrdən qol vura bilmədiyi üçün Çempion Liqasını qazandıq”.

Lukaku oyuna sonradan daxil olaraq bir neçə real qol epizodunu dəyərləndirə bilməyib. Nəticədə, onun komandası həlledici matçda uduzub.

Xatırladaq ki, “Mançester Siti” 2022/23 mövsümündə treblə imza atıb. Onlar İngiltərə Premyer Liqasının, federasiya kubokunun və Çempionlar Liqasının qalibi olublar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button