“Bu, qazana biləcəyimiz kubokdur” – Kuman

Niderland milli komandasının baş məşqçisi Ronald Kuman Millətlər Liqasının yarımfinalının Xorvatiya ilə matçından öncə gözləntilərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, finala çıxmaq üçün çox enerjili olduqlarını deyib:

“Bu, qazana biləcəyimiz kubokdur. Eşitdiyimə görə, stadionda çoxlu xorvatiyalı azarkeş olacaq. Bu səbəbdən, evdə keçirəcəyimiz matçda üstünlüyümüzün olub-olmayacağını görəcəyik.

Bu matç üçün səbirsizlənirik. Finala çıxmaq üçün çox enerjiliyik. Lakin rəqibimiz son bir neçə ildə böyük irəliləyişlər əldə edən çox güclü komandadır. Ona görə də, bizim üçün çox çətin olacaq”.

Xatırladaq ki, Niderland – Xorvatiya matçı bu gün, saat 22:45-də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button