Sabiq futbolçudan iddia: De Bruyne Kurtuanın nişanlısını əlindən alıb

Paraqvay millisinin sabiq qapıçısı Xose Luis Çilavert hazırkı dövrün ulduz futbolçularını tənqid edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “Napoli”nin yarımmüdafiəçisi Kevin De Bruynenin dostunu onun sevgilisiylə aldatdığını iddia edib:

“Bu oyunçular bu gün dəyərlərdən danışırlar, bəs əslində nə edirlər? Onlar özlərinə hər şey etməyə icazə verirlər. De Bruyne Belçika millisindən komanda yoldaşı olan Tibo Kurtuanın nişanlısını oğurlayıb. Bu, acınacaqlıdır”.

Çilavert burda yanlışlığıa yol verir. Əslində, 2014-cü ildə De Bruynenin Karolina Liynen adlı sevgilisi Tibo Kurtua ilə münasibət qurub. Qızın açıqlaması isə daha dəhşətli idi: “Tibo məni bir gecədə Kevindən daha yaxşı hiss etdirdi”.

De Bruyne 2025-ci ilin yayından bəri “Napoli”də oynayır. O, daha əvvəl 10 il “Mançester Siti”də çıxış edib. Kurtua isə hazırda “Real”ın qapıçısıdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button