“Bu, inanılmaz nəticədir” 

“Brayton”un baş məşqçisi Roberto De Zerbi Avropa Liqasında “Marsel” üzərində qələbəni (1:0) və turnirin pley-off mərhələsinə yüksəlmələrini şərh edib.

Komanda.az “Telegraph”-a istinadən xəbər verir ki, italiyalı mütəxəssis ilk dövrədəki məğlubiyyətdən sonra çox dəyişdiklərini bildirib:

“Birinci yer və pley-offa yüksəlmək bizim üçün tarixi məqamdır. İlk dövrədəki məğlubiyyətdən sonra çox dəyişdik və dörd cavabsız qol vurduq. Bu, sadəcə olaraq inanılmaz nəticədir”.

“Brayton” 6 oyundan 13 xal toplayaraq B qrupunu lider kimi tamamlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button