“Barselona”dan ayrılan futbolçu: “Kuman mənə yalan danışdı”

Bu ilin iyulunda “Barselona”dan “Lids”ə keçən Junior Firpo açıqlama verib.

Komanda.az “Cadena Ser” radiosuna istinadən xəbər verir ki, 25 yaşlı oyunçu, Kataloniya təmsilçisinin keçmiş baş məşqçisi Ronald Kumanın ona münasibəti haqda danışıb:

“Kumandan məni oynatmamasının səbəbini izah etməsini istədim. Amma o, məni aldatdı. Kuman mənə yalan danışdı. O deyirdi ki, mən pis çıxış edirəm və komandanın oyununa təsir edirəm. Bunu komandada olan digər futbolçulardan da soruşa bilərsiz. Hər kəs həqiqəti yaxşı bilir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button