Konfrans Liqası: Qrup mərhələsinə yekun vuruldu

Bu gün UEFA Konfrans Liqasında qrup mərhələsinin sonuncu – 6-cı turunun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçisi “Qarabağ” H qrupunun son turunda İsveçrədə “Bazel”in qonağı olub və məğlubiyyətlə üzləşib. Qrupun digər matçında “Omoniya” “Kayrat”ı qəbul edib. Bu oyunda qapılara qol vurulmayıb.

“Roma” Bolqarıstanda ÇSKA ilə üz-üzə gəlib və qələbə qazanaraq qrup birincisi olub.

Bu gün keçirilməli olan “Tottenhem” (İngiltərə) – “Renn” (Fransa) matçı meydan sahibi komandanın heyətində koronavirusa yoluxma hallarının artması səbəbindən təxirə salınıb.

Konfrans Liqası, qrup mərhələsi, 6-cı tur

9 dekabr

A qrupu

Alaşkert (Ermənistan) – Makkabi (Təl-Əviv, İsrail) 1:1
Qol
: Bolyeviç, 78 – Almoq, 90.

LASK (Avstriya) – HJK (Finlandiya) 3:0
Qol
: Baliç, 41. Nakamura, 63. Qruber, 81.

B qrupu

Gent (Belçika) – Flora (Estoniya) 1:0
Qol
: Bruno, 51.

Partizan (Serbiya) – Anortosis (Kipr) 1:1
Qol
: Milovanoviç, 20 – Kristodulopulos, 33-pen.

C qrupu

ÇSKA (Sofiya, Bolqarıstan) – Roma (İtaliya) 2:3
Qol
: Çatakoviç, 75. Vildşut, 90+3 – Abraham, 15; 53. Mayoral, 34.

Zarya (Ukrayna) – Bude-Qlimt (Norveç) 1:1
Qol
: Nazarina, 18 – Vernidub, 68-öz qapısına.

D qrupu

ÇFR (Rumıniya) – Yablonets (Çexiya) 2:0
Qol
: Debeljuh, 45; 82.

Alkmaar (Niderland) – Randers (Danimarka) 1:0
Qol
: Ostinq, 87.

E qrupu

Feyenoord (Niderland) – Makkabi (Hayfa, İsrail) 2:1
Qol
: Dessers, 38. Nelson, 65 – David, 90+1.

Yunion (Almaniya) – Slaviya (Praqa, Çexiya) 1:1
Qol
: Kruse, 64 – Şçrans, 50.

F qrupu

Kopenhagen (Danimarka) – Slovan (Slovakiya) 2:0
Qol
: Vind, 30. Hoylund, 53.

PAOK (Yunanıstan) – Linkoln (Cəbəllütariq) 2:0
Qol
: Jivkoviç, 17. Şvab, 55.

G qrupu

Vitess (Niderland) – Mura (Sloveniya) 3:1
Qol
: Buytnik, 4. Openda, 35. Huysman, 40 – Marosa, 82.

H qrupu

Bazel (İsveçrə) – Qarabağ 3:0
Qol
: A.Kabral, 33; 74. P.Kasami, 62.

Omoniya (Kipr) – Kayrat (Qazaxıstan) 0:0

Bombardir: Qaetan Lyabord (“Renn”, Fransa) – 5 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button