“Qarabağ” qələbəni və qrup liderliyini son anda əldən verdi

Bu gün UEFA Konfrans Liqasında qrup mərhələsinin 5-ci turunun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, H qrupunda yer alan Azərbaycan təmsilçisi “Qarabağ” Bakıda Kiprin “Omoniya” komandasını qəbul edib. Dörd qolun qeydə alındığı matç bərabərliklə yekunlaşıb. Qrupun digər matçında İsveçrənin “Bazel” komandası səfərdə “Kayrat”ın (Qazaxıstan) qonağı olub və qalib gəlib.

“Qarabağ” ötən turdan pley-offa vəsiqəni təmin edib. Qrup liderinin kimliyinə isə son turda baş tutacaq “Bazel” – “Qarabağ” matçı aydınlıq gətirəcək.

Konfrans Liqası, qrup mərhələsi, 5-ci tur

25 noyabr

H qrupu

Kayrat (Qazaxıstan) – Bazel (İsveçrə) 2:3
Qol: Qol: V.Lav, 23. K.Hovanisyan, 56 – Artur, 45-pen. Jeqrova, 69. Kasami, 73.
Baş hakim:
Qoqa Kikaçeşivili (Gürcüstan)

Qarabağ – Omoniya (Kipr) 2:2
Qol: P.Psaltis, 49-öz qapısına. P.Andrade, 88 – M.Duriş, 43-pen. X.Qomes, 90.
Qırmızı vərəqə: Kiko, 65.
Baş hakim:
Morten Krox (Danimarka)

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6, Patrik Andrade, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 81. Kevin Medina.
Ehtihyat oyunçular: 12. Emil Balayev, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 24. Zamiq Əliyev, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 77. Ramil Şeydayev, 83. Nihad Quliyev.
Baş məşqçi: Qurban Qurbanov.
Omoniya: 23. Fransis Uzoho, 2. Paris Psaltis, 5. Kiko, 11. Erik Boteak, 18. Mixal Duriş, 20. Takis Zaxariu, 22. Adam Lanq, 30. Nikolas Panayotu, 76. Xaralambos Xaralampus, 80. Andronikos Kakulli, 83. Andreas Asimenos.
Ehtiyat oyunçular: 74. Kasper Çorazka, 4. Abdullahi Şehu, 8. İyayi Atimvenn, 13. Fotis Papulis, 15. Tomaş Huboçan, 16. Xordi Qomes, 17. Yan Leçkyaks, 21. Marinos Tzionis, 42. Mikkel Diskerud, 44. Marko Şçepoviç, 75. Loyzos Loyzu, 82. Andreas Evangelu.
Baş məşqçi: Henninq Berq.