“Qarabağ” Konfrans Liqasının qrup mərhələsində!

Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçilərindən olan “Qarabağ” da növbəti matçına çıxıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv səfərdə Şotlandiyanın “Aberdin” komandasının qonağı olub. “Pittodri” stadionunda keçiriləcək görüşə saat 22:45-də start verilib.

“Qarabağ”ın heyətində müdafiəçilər Bədavi Hüseynov, Elvin Cəfərquliyev və Rahil Məmmədov zədə səbəbindən bu oyunu buraxıb. “Aberdin”də isə Edryu Konsidayn və Rayan Heces zədəli olduqları üçün “Qarabağ”la matçda iştirak etməyiblər.

Komandalar arasında Bakıda baş tutan ilk görüşdə “Qarabağ” 1:0 hesablı qələbə qazanmışdı. Səfərdə bu rəqibinə daha inamlı hesabla qalib gələn ağdamlılar, qrup mərhələsində oynamaq hüququ əldə ediblər.

Konfrans Liqası, pley-off mərhələsi, cavab oyunu

26 avqust

Aberdin (Şotlandiya) – Qarabağ 1:3
Qol: L.Ferqyusson, 90+2-pen – T.Bayramov, 8. K.Malinovski, 18. A.Zubir, 72.
Baş hakim: Harald Lexner (Avstriya)
İlk oyun 0:1

Aberdin: 1. Co Lyuis, 2. Ross Makkrori, 3. Cek Makkenzi, 5. Deklan Qallaxer, 8. Skott Braun (k), 9. Kristian Ramires, 16. Funso Oyo, 19. Luis Ferqyusson, 22. Kalvin Remzi, 20. Teddi Cenks, 17. Conni Heyz.
Ehtiyat oyunçular: 25. Qari Vuds, 30. Tom Ritçi, 10. Nayall Makqinn, 14. Cey Emmanuel-Tomas, 15. Dilan Makqiox, 18. Konnor Maklennan, 21. Cek Qurr, 24. Din Kempbell, 31. Kiran Nqvenya, 35. Meyson Henkok.
Baş məşqçi: Stiven Qlass.

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 10. Abdullah Zubir, 11. Xayme Romero, 20. Kadi Malinovski, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 81. Kevin Medina. 18. İsmayıl İbrahimli, 77. Ramil Şeydayev.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 17. Panadero Zamora, 19. Filip Ozobiç, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç.
Baş məşqçi: Qurban Qurbanov.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button