“Final tarixi hadisə olacaq” – Qasperini

“Atalanta”nın baş məşqçisi Can Pyero Qasperini Avropa Liqasının yarımfinal mərhələsinin cavab oyununda “Marsel” üzərində qazanılan qələbəni (3:0) şərh edib.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, eyni zamanda, final haqqında fikirlərini bölüşüb:

“Final tarixi hadisə olacaq. Bu, bizim kimi komandalar üçün həqiqətən inanılmazdır. Bilmirəm, bəlkə də, bu gün qüsursuz olduğumuzu deyə bilərdik. Bizim qanımızda var, əimizdən gələni edirik ki, hücum oyunumuzu üç fərqli şəkildə oynayaq. Biz şanslarımızdan daha yaxşı istifadə edə bilərdik”.

İtaliya klubu ümumi hesabda (4:1) qalib gələrək, Avropa Liqasının finalına yüksəlib. “Atalanta” finalda “Bayer”lə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button